Bu gün:


TÜRKİYƏ BEŞİNCİ NƏSİL DÖYÜŞ TƏYYARƏLƏRİ İSTEHSAL EDƏCƏK

Tarix: 10.05.2021 / 11:19  •   Oxundu: 122 dəfə  •  

Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) milli döyüş təyyarəsi istehsal etmək istiqamətində fəaliyyətini genişləndirib. Bunun üçün təyyarənin ehtiyat hissələrini və mühüm avadanlıqlarının istehsalı ilə məşğul olan qurumlarla əməkdaşlıq ediləcək.
 
İDEAL Media.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyədə milli döyüş təyyarəsinin istehsalı 2030-cu ilə planlaşdırılıb.
 
Qeyd olunur ki, bu sahədə ASELSAN şirkətinin (Elektronik Sənaye və Ticarət A.Ş.) imkanlarından istifadə olunacaq. Bu istiqamətdə cari ildə TUSAŞ və ASELSAN arasında anlaşma imzalanacağı gözlənilir. Bildirilir ki, Türkiyə tam elektron sistemlərlə təchiz olunacaq 5-ci nəsil hərbi döyük təyyarəsi düzəldən ölkələr arasında yer alacaq.