Bu gün:


Qarabağa dönmək istəməyən erməni əsgərlərlə...

Tarix: 14.05.2021 / 10:32  •   Oxundu: 82 dəfə  •  

Zəngəzurun Qafan şəhərində yerləşən  erməni hərbi hissəsinin komandiri Araik Mədətyan  eyni hərbi hissədən  olan bir neçə hərbçi ilə qarşıdurmaya girib.

Qəsbkar Ermənistan nəşrlərinin yaydığı məlumata görə, komandir əsgərlərə qarşı fiziki güc tətbiq edib. 
 
"İstədiklərimə nail olmasam, deməli, bu hərbi hissənin komandiri deyiləm ... İkinizi də sındıracağam!" - hiddət içərisində olan Mədətyan tabeliyində olanlara belə bağırıb.

Məlumata görə, 44 günlük müharibədən sonra Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında  xidmət edən  bir qrup  işğalçı erməni çağırışçı  məzuniyyətə yollanıb. Və sonradan onlardan bəziləri  hərbi xidmətlərinin davamı üçün  Qarabağa qayıtmaqdan imtina ediblər.
 
Nəticədə Ermənistan Müdafiə Nazirliyi həmin çağırışçıların işğalçı respublikanın müxtəlif hərbi hissələrinə göndərilməsi və bölüşdürülməsi barədə qərar qəbul edib. 

Qafanda yerləşən hərbi hissənin komandiri Araik Mədətyan da, çox güman ki, məhz həmin əsgərləri hədəf alıb və nəticədə bir qarşıdurma  yaşanıb.