Bu gün:


İrtica illərinin Repressiyaları

Tarix: 23.05.2021 / 11:59  •   Oxundu: 238 dəfə  •  

Azərbaycan dünyada analoqu olmayan sahibsiz ölkədir ki, təhsil almamaqdan ötrü də rüşvət ödəyir; dövlət orqanlarına özünü, milli-siyasi  kimliyini bilməyən zombiləri soxuşdururlar ki, milli dəyərlərimiz aşırı dərəcədə aşağılansın.

Nazim İdeal : Bu ad, bu sima dostun da, düşmənin də yaddaşında, gözləri önündə qeyrət, əqidə, dönməzlik, cəsarət, passioner patriotluq simvolu olaraq ucadır.

2008-ci ildə Nazim İdealın övladı Nihad bəyin “Ay işığı” sarayında məclis günü məğlub, qürursuz rejimin nümayəndələri  Hacı Məmmədov, Zakir Nəsirov, Kamil Sədrəddinov, Koroğlu Aslanov və s. simvollu “dekriminalları” total hücuma keçərkən, bu rejimin bir daha rəzil, aciz olduğunu kəşf etdim. 

Ardınca ,700 nəfər çiyni paqonlu, arxası qaytanlı, sinəsi silahlardan ibarət polislərin Masazır qəsəbəsində onu həbs etməkdən ötrü səfərbər edildiyini görərkən Qarabağın taleyinin Göyçədən, Zəngəzurdan fərqli olmayacağını təkrar anladım. !

Ardınca, həbs edildikdən 4 ay sonra Masazırdakı pencəyinin cibindən Korrupsiya İdarəsinin işçisi Ələkbərov Tariyelin polislərlə birlikdə narkotika tapdıqlarını eşidərkən, 162 dünya dövlətlərinin, eyni zamanda, İNSAN və VƏTƏNDAŞ hüquq və əsas azadlıqlarının  Səviyyəsinə  görə  ölkəmizin axırdan birinci yerdə qərarlaşmasında heç bir qərəz olmadığını anladım. 

Ömründə  bir dəfə də olsun siqaret çəkməyən, alkoqol qəbul etməyən, 2006-2007-ci illərdə Müqəddəs Kəbədə olmuş Hacıya qarşı universal ssenari üzrə bu cür alçaqlıqların törədilməsinin ermənizmdən başqa adı, əsla yoxdur! 

Tam səmimi olaraq ifadə edirəm ki, Nazim İdeala qarşı rejimin arxasına-arxa olduqları can alverçiləri, onları bu rüsvayçılıqlara təhrik edən məə-mırr “kişi”lərdən milyon dəfə kişi adamlardır. 

Ona görə ki, onlar dövlətsizlik, işsizlik ucbatından bədənlərini satıb “yaşayır”lar. 

Bunlarsa, bütün alçaqlıqları məhz dövlət adından istifadə edərək törədirlər.

Cinayətkar birliklərin bir insana, bir jurnalistə, bir Qarabağ Qazisinə qarşı törətdikləri repressiyalar silsiləsinin həbsxana divarları arxasında hökumət adına rüsvayçılıqlardan biri olaraq,  25.09.2018-ci il tarixində həyata keçirilmişdir. 

Y U X A R I L A R I N   A L Ç A Q L I Q L A R I...

Nazim İdealın mülkiyyəti “Malibo” MMC adlı evyıxma kompaniyası tərəfindən uçurulur, vandalizm aktı həyata keçirilir. 

Sözsüz ki, erməni hibridlərinin harınlıqları cavabsız qala bilməzdi. N. İdealın cavab atəşi, səltənətlərini xalqımızın bədbəxtçiliyi üzərində qurmuş hakimiyyət resurslu iribuynuzlu prototipləri 18 bal gücündə zəlzələnin və vəlvələnin altına atdı. 

Girov saxlanıldığı ƏNPX-in 11 saylı bazarın müdiri Şirinov Vəli Nazim İdeala yazıların saxlanılmasını tərciyə  etsə də, savaşında dönməz və yenilməz olan Mücahid rədd cavabı verir, Şirinov Vəli ona qarşı lap yuxarılardan  təzyiq olduğunu və pis duruma düşdüyünü etiraf edərkən, Nazim İdeal :hara istəyirsən göndər, yetər ki, sən rahat bazarlığını yap deyir.

25.08.2018-ci il tarixdə saat 18:30-da “Spets etap” 15 saylı pritona ("C.Ç.M") göndərirlər. 15 saylı pritona düşər-düşməz karantindən atmosferi, Cəbrayıl rayonundan olan rəis Tahir Yusifovu və müavini Bərdəli Eldəniz Həziyevi boğur. 

Qarabağlı qəh...rəmanlar N. İdealın onların himayə etdikləri pritonu görməməsindən dolayı bütün təxribat rıçaqlarını işə salır və nəticədə onun ayağa qalxmasını bəhanə edib, mübahisə edirlər. 

Nazim İdeal: “Mən cinayətkarlar qarşısında heç vaxt ayağa durmuram. Dövlət müəssisəsini pritona, hər şeyi – qanunları alver predmetinə çevirmisən. Mənim ayağa durmamağımı bəhanə gətirib kars-PKT ilə təhdid edirsən???

28 İLDİR Kİ, ERMƏNİ  GİROVLUĞUNDA  CİNSİ  İSTİSMARIN  ALƏTİNƏ  ÇEVRİLMİŞ  1700 NƏFƏR   ANANIZDAN,BACINIZDAN,QIZINIZDAN  ÖTRÜ QEYRƏTƏ  GƏLİB   AYAGA  QALXMIRSINIZ???

”Nazim İdeal aşağıdakı qaydada cəzalandırılır:

01.10.2018 – 7 gün kars
03.10.2018 – karsda olarkən töhmət
05.10.2018 – karsda olarkən töhmət
08.10.2018 – 05 gün kars
10.10.2018 – karsda olarkən töhmət
13.10.2018 – 02 ay KTO (PKT)
04.11.2018 – karsda töhmət
10.11.2018 – töhmət
01.12.2018 – karsda olarkən töhmət yazılıb.

4 dəfə məhkəməyə çıxarıldıqdan sonra  Bakı Şəhəri,Nizami  Rayon  Məzkəkəsi, hay-kim  əhmədov  rauf  tağı  oğlunun  qondarma  qərarı  ilə 6 ay həbsxana rejiminə keçirilməsi qərarı ilə legitimləşdirilir.  
 
Repressiya aparatının Nazim Quliyevə qarşı amansız rəftarı 11 ildir ki, fasiləsiz irtica illərinin tarixini yazır. 

Lakin, burada əsas məqam cəsur Qarabağ Qazisinin cəzalandırılması onunla eyni vaxtda qonşu kamerada saxlanılan (KTO-5) erməni diversantlar Arsen Baqdasaryan və Edqar Sarkisyanın müşahidəsilə baş verməsi tendensiyasıdır. 

Ermənilərə şüstryaklık, satqın qarson xidməti göstərən penitensiarçilar, onların gözləri qarşısında Azərbaycanın məğmun vətəndaşlarına fiziki, cismani, tibbi işgəncələr verməklə Qarabağın de-yure satılmasını ratifikasiya edirdilər.

28 ildir ki, torpaqlarımız kimi, insan və vətəndaş hüquq və əsas azadlıqlarımızın da işğal altında olması heç kəsdə şübhə yeri saxlamayıb. 
Ancaq bütün bunlardan sonra, hər hansı qələbədən, proqresdən, reqressiyadan, tərəqqidən danışmaq absurd və boşboğazlıqdır. 

Sözsüz ki, qanun, ədalət olmayan yerdə əxlaq da olmaz!!!

Dövlətsizlik, qanunsuzluq, dərəbəylik, quldurluq, rüşvət, korrupsiya, məə-mırr heyvərəliyi və harınlığı minlərlə soydaşımızın həbsxana və mühacirətdə olmasına səbəb olmuşdur. 

Bundan sonra dubtatxananı yox e, haranı istəsən kanalizasiyaya burxsan da, faydası yoxdur. 

Sistem iflicdir. 

İdarəetmə appendiksdir. 

soyğunçuluqdan, quldurluqdan,Cibgirlikdən,Qanun-Narkotika bariqalığından başqa heç nəyi bacarmayan, Tahir, Eldəniz, Vəli, dəli, zombi, zehniyyətilə yalnız anti-təkamül dövrü yaşamaq olar. 

Qalaq-qalaq meyit iyi verən, heç bir əhəmiyyət kəsb etməyən, qəbul edilməyən “şərəf, şöhrət, əməkdar, xalq” stiqmalı yaltaqlar tarixin zibilxanasında iylənmək istəmirlərsə, Nazim İdeal barəsində cinayətkarların bilmədən, qanmadan belə topladıqları 25  tomluq 6493 saylı, “şəxsi iş” materialları ilə yaxından tanış ola bilsələr, bu işi araşdırsalar təqdirəlayiq olardı. 

Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadələrə qarşı respressiyaların nə qədər iyrənc vəziyyətdə olduğuna şahid olarlar.

Şərə, böhtana, yalana üzəduranlıq, şahidlik etməyin! 

İtricaya, istilaya, repressiyalara, dərəbəyliklərə, total rüşvətxorluğa qarşı, Dövlətimiz – Azərbaycan naminə şəhid olaq!

Cavid Soltan