Rusiyadan Türkiyəyə xəbərdarlıq
Tarix: 24.05.2021 / 17:05 •
Oxundu: 136 dəfə •
“Türk həmkarlarımıza son dərəcə açıq şəkildə bildirmək istəyirik ki, Ukraynanı Krım məsələsində aqressiv formada cəsarətləndirmək Rusiyanın torpaq bütövlüyünə qəsd etməkdir”.
İDEAL Media.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli mediaya belə açıqlama verib. O bildirib ki, Türkiyə vəziyyəti diqqətlə analiz etməli, Ukraynanın hərbi addımlarına dəstək verməyi dayandırmalıdır.
Diplomatın sözlərinə görə, Rusiya bu məsələdə həssas olduğunu Türkiyə tərəfinə hər formada çatdırıb. Diplomat ümid edir ki, Ankara Rusiyanın haqlı narahatlığını anlayaraq, Krımla bağlı siyasətini dəyişdirəcək.