Bu gün:


Müsəlman ata oğlunun qatilini edamına bir neçə dəqiqə qalmış əfv etdi...

Tarix: 26.05.2021 / 09:57  •   Oxundu: 122 dəfə  •  

Səudiyyə Ərəbistanında məhkəmənin barəsində ölüm hökmü verdiyi qatil edamından bir neçə dəqiqə öncə öldürdüyü şəxsin atası tərəfindən bağışlanıb.
 
Bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
 
Oğlu dörd il əvvəl Səudiyyə Ərəbistanının şimal-qərbində davada həlak olmuş tabuklu Avad Süleyman əl-Amrani məhkəmədə  qatilin və ailəsinin övladının ölümü üçün təzminat borcu olmadığını da bəyan edib.
 
Gözlənilməz əfv xəbəri sosial mediada yayıldıqdan sonra Əl-Amranin belə nəcib bir davranışı görə yüzlərlə insan tərəfindən təqdir edilib.
 
Bir çoxları Əl-Amraninin qərarının Peyğəmbərimiz Hz. Məhəmmədin(ə.s.) İslamın təməl prinsipləri olan təlimlərinə uyğun olduğunu vurğulayıblar.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının qanunvericiliyinə görə qəsdən adam öldürmə edam cəzasının verildiyi və ya verilə biləcəyi cinayətlərə aiddir. Bəzi hallarda edamın icrası tərəflərin razılığı ilə bağışlanma və "qan pulu" - cinayətin təzminatı ilə əvəz edilə bilər.