Bu gün:


Türk Vətəndaşına qarşı quldurluq

Tarix: 29.05.2021 / 16:46  •   Oxundu: 285 dəfə  •  

Mayın 24-də Türkiyə vətəndaşı,tır şoferi Hamdi Sağlam gətirdiyi şirkətin mallarını Azərbaycandakı şirkətə təslim etmək üçün Zaqatala Muğanlı gömrük postunda,gömrükdən keçərkən,gömrük əməkdaşları Elçin Yunisli və Natiq  Əmirov tərəfindən saxlanılmışdır.

Məlum olmuşdur ki, hər bir vətəndaşın gömrükdən 2 blok siqaret keçirmə haqqı olduğu halda, Hamdi Sağlam 9 blok siqaret keçirmək istəyib.Buna görə gömrükçülər türk vətəndaşının pasportunu əlindən alıb,özünü isə Azərbaycana buraxmışlar ki,dönüşdə pasportunu qaytaracağıq.Hamdi Sağlam dönüşdə pasportunu istəyərkən yuxarıda adlarını qeyd etdiyim gömrük əməkdaşları Elçin Yunisli və Natiq  Əmirov ona qanunu pozmusan deyiblər.

İdeal TV-nin əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Elçin Yunisliyə aid olan 051 358-86-17 və Natiq Əmirova məxsus olan 055 957-51-75 nömrələri ilə əlaqə saxlayarkən,Elçin Yunisliyə aid olan nömrənin sahibi and aman etmişdir ki, maşın alverçisiyəm,bu nömrəni 2 gündür almışam...

Natiq Əmirov isə əvvəlcə telefona cavab versə də,söhbəti yarıda kəsərək,dəfələrlə zəng etsək də açmadı.

Burda 1 sual çıxır meydana .Əgər bu türk həqiqətən qanunu pozmuşdusa,Azərbaycanın indiki bu həssas məqamında, onu gömrükdən ölkə daxilinə girməyə pasaportsuz necə icazə veriblər?

Bəlkə bu adam doğrudan da terroristdi.