Bu gün:


Türkiyə 1162 terrorçunu zərərsizləşdirdi

Tarix: 30.05.2021 / 18:39  •   Oxundu: 109 dəfə  •  

Türkiyə təhlükəsizlik qüvvələri yanvarın 1-dən etibarən ölkə daxilində və sərhədlər xaricində 1162 terrorçunu zərərsizləşdirib.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə 181 əməliyyat (43 böyükmiqyaslı və 138 ortamiqyaslı) həyata keçirilib.

"Pəncə -Şimşək" və "Pəncə -İldırım" əməliyyatları zamanı bu günə qədər biri təşkilatın lideri olmaqla 142 PKK terrorçusu zərərsizləşdirilib. Həmçinin 110 sığınacaq məhv edilib, eyni zamanda 398 mina təhlükəsi aradan qaldırılıb.

Bundan əlavə, nazirlik FETÖ təşkilatına qarşı mübarizənin davam etdirildiyini açıqlayıb. Qeyd olunub ki, 15 iyul 2016-cı il tarixindən bəri 24 714 nəfər ölkədən deportasiya edilib, 2493 nəfərlə əlaqədar inibati proses davam edir.