Bu gün:


Adam oğrularına 56 İL cəza

Tarix: 01.06.2021 / 15:01  •   Oxundu: 124 dəfə  •  

Bakı Ağır Cinayətlər Məhkəməsində Osman Nəcəfov, Asif Abasov, Fərid Abdullayev, Kənan Xəlilov və Amid Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Osman Nəcəfov 11 il, Asif Abasov 11 il 6 ay, Fərid Abdullayev 11 il, Kənan Xəlilov 11 il, Amid Rüstəmov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs edilən şəxslərin daha əvvəl də məhkumluq həyatı yaşadığı məlum olub. İttihama görə, təqsirləndirilən şəxslər bir neçə nəfəri oğurlamaqda, onlara qarşı zorakılıq etməkdə, şantaj yolu ilə pul tələb etməkdə ittiham olunurlar.

Bundan başqa, dəstənin “Layt OİL” MMC-yə silahlı basqın etməsi də müəyyən olunub.

Cinayət işi üzrə Mais Nail oğlu Nəcəfov, onun qardaşı, Rüfət Nail oğlu Nəcəfov və Mais Nəcəfovun oğlu Nail Nəcəfov zərərçəkmiş qismində tanınıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin adam oğurluğu, quldurluq, hədə-qorxu yolu ilə tələb etmə maddələri ilə ittiham irəli sürülüb.