Bu gün:


DİREKTİVLƏRƏ HAMİLƏ QALMIŞ 8 AYLIQ CİNAYƏT…

Tarix: 03.06.2021 / 15:58  •   Oxundu: 397 dəfə  •  

Nəsimi Polis və Prokurorluq Orqanları 8-ci aydır ki,aşkar cinayət faktına hüquqi qiymət verilməsində nə qədər  “əziyyət” çəkdikləri  aysberqin aşkar və əriyən tərəflərindəndir.

Əvvəlcə   zərərçəkmişə “Get hara,kimə istəyirsən şikayət et” qanunları ilə münasibət sərgiləyən 22-ci PB-nin təhqiqatçısı,Polis Mayoru Nadir Rza-zadənin ardınca, sobatajlara hesablanmış növbəti Təhqiqatçı Kapitan Emin Qaralovun icraatına verildi.

Hər iki təhqiqatçı səmimi şəkildə etiraf edirdilər ki,ortada cinayət hadisəsi olmasına baxmayaraq,rəhbərlikdən və yaxud da Prokurorluqdan tapşırıq gəlməsə “Cinayət işi”nin açılması müşkül məsələdir.

Nadir Rza-zadədən fərqli olaraq, Emin Qaralov faktın ört-bastır edilməsində maraqlı görsənməyib.

Hazırda toplanmış materialların istintaqı Nəsimi Polis İdarəsinin müstəntiqi, Polis Baş Leytenantı Mahmud Mirzəyevin icraatındadır.

İDEAL-ın suallarını cavablandıran Müstəntiq M.Mirzəyev:” Mən lazım olanları etmişəm. Rəhbərlik və yaxud da Prokurorluq razılıq-göstəriş verərsə qanuni işimizi görəcəyik.”

Bakı Şəhəri,Nəsimi Rayon Prokuroru cənab Həsən Hənifəyevin diqqətinə çatdırırıq ki,Vətəndaşa məxsus sənədlərin girov saxlanılması,15.000 manat pulun oğurlanması, texniki avadanlıqların oğurlanması cinayət hadisəsidir.

Hüquqi dövlətlərdə bu kimi problemlərin həlli bilavasitə Polis və Prokurorluq Orqanlarının yuridiksiyasına daxildir və həlli aylar-illərlə süründürülmür.

Əgər ölkəmizdə Qanunlar İnsanlara münasibətdə dəyişdirilirsə və Qanunlar direktivlərsiz tanınmırsa Vətəndaşa dəymiş ziyanı KİM?,HANSI DÖVLƏT ORQANI ÖDƏMƏLİDİR?
 
Mövzu diqqətimizdədir.
 
Cavid Camal