Bu gün:


Ayağı amputasiya olunmuş qadın "Ginnesin Rekordlar Kitabı"na düşdü

Tarix: 06.06.2021 / 11:31  •   Oxundu: 167 dəfə  •  

Livandan olan Darinə Bərbər adlı xanım dünya rekorduna imza atıb.

Bir ayağı amputasiya olunmuş qadın "divara söykənərək uzunmüddətli oturma" hərəkəti üzrə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Belə ki, o, 2 dəqiqə 8 saniyə ərzində bir ayağı və digərini əvəz edən protez ayaqla bütün rəqiblərini üstələyə bilib.

"Mən 1993-cü ildə sümük xərçəngi nəticəsində bir ayağımı itirmişəm. 28 ildən sonra fiziki gücümü qoruyaraq rekorda imza ata bildim. Düşünürəm ki, bu qələbəm dünyadakı milyonlarla fiziki qüsurlu insanlar üçün ilham mənbəyi olacaq. Bu fəlakəti yaşamış hər kəs iradə gücünü qoruduğu vaxt qüsurlu sayılmır. "Ginnesin Rekordlar Kitabı"na düşməyim mənim kimi insanların həyatını müsbət istiqamətdə dəyişə bilər", - Darinə Bərbər təəssüratlarını bölüşüb.