Bu gün:


“Azərsu” ASC-də qanun- susuzluq...

Tarix: 10.06.2021 / 11:47  •   Oxundu: 362 dəfə  •  

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin korrupsioner sədri Qorxmaz Hüseynov zibbillədiyi kreslodan atıldıqdan sonra,onun yerini müavini Köçərli Həsənova həvalə edilmiş və Baş nazirin müavini Yaqub Eyyubov Həsənovu kollektivə təqdim etmişdir.

Lakin yeni həvalə edilmiş Köçərlinin gəlişindən sonra “Azərsu” sanki susuzluqdan quruyub.

İDEAL-ın “Azərsu”nun yarıtmaz fəaliyyətilə bağlı apardığı araşdırmalardan hərəkətə keçmiş korrupsiya yuvasının məsul şəxsləri Abşeron Rayonu Görədil kəndi Əliağa Vavid küçəsində hər ailədən 5000-7000 manat rüşvət müqabilində çəkdikləri su xəttinə yenidən baxış keçirdikdən sonra,əsl mahiyyətlərini dərk edib aradan qaldıracaqlarına vəd versələrdə,vədlərinə ənənəvi xəyanət etmişlər.

Hadisə yerinə gələn və dəstəyə başçılıq edənlərdən biridə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov idi.

“Azərsu” ASC- nin yeni rəhbərliyi Köçərli Həsənlidən Qorxmaz Hüseynovun cinayətlərinə yenidən ortaq olmaması üçün idrakında inqilab etməsi vacib və zəruridir.
 
Mövzu diqqətimizdədir.
 
Rüfət Kamil