Bu gün:


ƏLİ HƏSƏNOVUN VETO QOYDUĞU QƏTNAMƏYƏ OMBUDSMAN QARIŞDI

Tarix: 11.06.2021 / 16:45  •   Oxundu: 295 dəfə  •  

2(103)-1526/2014 saylı, 06 Mart 2014-cü il tarixli Azərbaycan Respublikası adından çıxarılmış QƏTNAMƏ-nin icrası Bakı Şəhəri,Nəsimi Rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin icratındadır.

8-ci ildir ki,qanunsuzluğa, məmur harınlığına,direktivlərə hamilə qalmış Qətnamənin uzun illər hərəkətsiz qalmasına başlıca səbəblərdən biri Prezident Administrasiyasının eks şöbə müdri, Müstəqil və Tərəfsiz Medianın qatili, reket və fahişə jurnalistikasının professoru Əli Həsənovun Məhkəmə və Probasiya təsisatları üzərində dominantlığı olmuşdur.

İDEAL-ın mövcud qanunsuzluqlarla bağlı İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevaya ünvanladığı sorğuya 07 İyun 2021-ci il tarixdə 2/12346-21 Saylı məktubla cavab verilmişdir.

Ombudsman adlı qeyri-ciddi təsisat Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi İlqar Cəfərova ünvanladığı müraciətdə sobatajın,kazusun səbəblərini öyrənmək əvəzinə, köməklik göstərilməsini xahiş edir!?

Absurd....

Bilinsin ki, borclu Mustafayev Hüseyn Əziz oğlu am Şurasının üzvüdür və o, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun adından istifadə edərək Vətəndaşdan 30000 ABŞ dolları almışdır.

Fakt üzrə edilən müraciətlər Polis tərəfindən müdafiə edilmişdir. Əli Həsənovun biznes ortağı Nəsimi Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun əsas moderatorluğu (hazırda Səbail rayon Məhkəməsinin sədri) ilə sobataj edilmişdir.

İcraat dönəmində borclu Mustafayev Hüseyin İcra məmurlarının köməkliyilə adına olan mülkləri başqa şəxslərin adlarına rəsmləşdirdikdən sonra, formalizm oyunlarına start verilir.

Belə ki,18.03.2015-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmçinin həmin məhkəmənin 03.04.2017-ci tarixli hökmü ilə o, Azərbaycan Respublikasının  Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15% -i dövlət nəfinə tutmaqla 1 il 2ay 15 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir.