Bu gün:


Abşeronda kanala axıdılan Azərbaycan qanunları

Tarix: 15.06.2021 / 14:04  •   Oxundu: 222 dəfə  •  

Zaur Mikayılov super marketdən super surətlə Melarasiya və Su Təsərrüfatı ASC-yə təyinat aldıqdan sonra məziyyətin yaxşı olmayacağını çoxları kimi biz də proqnozlaşdırmışdıq. Gəldiyimiz qənaət o demək deyil ki, Zaur Mikayılov bu vəzifəyə bazardan transfer edilmişdir.

Çox keçmədi ki, yeni ASC-i rəhbərinin yarıtmaz əməlləri de-şifrə olundu. Hələlik Abşeron Suvarma Sistemləri İdarəsində... Müdiri Yusif Ələsgərov olduğu iddia edilən Abşeron Suvarma Sistemləri İdarəsinin mühafizə və dilmançısı Qəmbər Həsənov ona ünvanlanan təqzib olunmaz faktlar qarşısında həqiqətin deyil, rüşvətin yanında olduğunu sövq-təbii etiraf etmiş oldu.

De-fakto Görədil və Fatmeyi kənd sakinlərinin redaksiyamıza ünvanladığı şikayətdə bildirilir:   

“...Abşeron Suvarma Sistemləri İdarəsinin nasosxana rəisi Mirzə Əliyev may ayından başlayaraq sentyabra qədər bir dönəmdə hər ayı 50 manat olmaqla bizdən pul tələb edir və onun  istəklərini yerinə yetirmədikdə bizi təxribata çəkir, son nəticədə kanal suyuna həsrət qoyur. Şəxsi qanunlarıyla dövlətin su təchizatını satan Mirzə Əliyev bu cür davranışlar ilə həmin pulla inşa etdirdiyi mənzilini nasosxanaya çevirmişdir. Eyni zamanda onunla hesablaşanlara “kvotadan” artıq su verir ki, bunun nəticəsində villa və bir neçə xarici avtomobillərə sahib çıxmışdır”. 

Paşayevlər çətiri altında sərinləyən Zaur Mikayılov unutmamalıdır ki, xalqa xidmət etmək, vətəndaş məmnunluğunu qazanmağın kanal suyunu satmaqla heç bir əlaqəsi yoxdur.

Nasosxana rəisi şezofrenik Mirzə Əliyevin dövlət və hökümət adına qazandırdığı rüsvayçılıq ssenarilərindən məmnunsunuzsa o zaman boş qoyduğunuz yerdə doldurun ki, başqasının boş qalmış yerlərində gözünü çəksin. 
 
Cavid Camal