Bu gün:


Ərdoğan: Heç vaxt onların tələsinə düşməyəcəyik

Tarix: 26.06.2021 / 10:19  •   Oxundu: 164 dəfə  •  

Bizi əsassız yerə gündəmlərinə salmaq üçün heç vaxt medianın və ya digər dairələrin tələsinə düşməyəcəyik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Türkiyəyə yönələn hər hücumun hədəfində AKP-nin olmasını səbəbsiz saymayıb:
"Çünki Türkiyə və AKP-nin taleyi demək olar ki, bütünləşib. Türkiyəni sevənlər bizi sevir, Türkiyəyə nifrət edənlər bizə nifrət edir. Allahın izni ilə ölkəmizin müstəqilliyini, maraqlarını, millətimizin və bütün dostlarımızın hüquqlarını qorumaq uğrunda apardığımız mübarizədə həmişə dik durmuşuq və duracağıq".