Bu gün:


Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib

Tarix: 01.07.2021 / 17:21  •   Oxundu: 149 dəfə  •  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) işgüzar səfər edib.
 
Ercan Hava Limanında Mövlud Çavuşoğlunu ŞKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu və Türkiyənin Nikosiyadakı səfiri Əli Murat qarşılayıblar.
 
Türkiyənin xarici işlər naziri Çavuşoğlu bu gün prezident Ersin Tatar ilə görüşəcək. Görüşdən sonra ortaq mətbuat konfransı keçiriləcək Mövlud Çavuşoğlu "Tvitter" hesabında ŞKTC-ə ziyarəti ilə əlaqədar bir açıqlama yayıb: “Biz ŞKTC-də bir iş ziyarətindəyik. Suveren bərabərlik və bərabər status Kipr Türk xalqının təməl haqqıdır. Birlikdə qorumağa davam edəcəyik", deyə qeyd edib.