Bu gün:


Kanadada anomal istilər 700-dən çox insanın həyatına son qoydu

Tarix: 04.07.2021 / 13:00  •   Oxundu: 89 dəfə  •  

Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində görünməmiş isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.

İDEAL Media.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.

Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.