Bu gün:


"AZƏRSU"-Zirə bağ sakinlərinə yezidlik edir

Tarix: 06.07.2021 / 12:46  •   Oxundu: 117 dəfə  •  

Zirə bağlarında sakinlərin çəkdiyi zəhmətlər bəhrəsiz qalır.

Susuzluqdan əziyyət çəkən Zirə bağ sakinləri əkdikləri,əkin-biçinlərin,ağacların yandığından şikayət edirlər.

Hər evdən 100 manat rüşvət alaraq su çəkməklərinə icazə verən "AZƏRSU" ASC-nin Ağaxan adlı reketi suyun ona aid olduğunu və Köçərli Həsənovla qohum olduğunu bildirir.
Məcburiyyət qarşısında qalan, hüquqsuzluqdan,qanunsuzluqdan,susuzluqdan zülm çəkən sakinlər ümidlərini hər yerdən üzüb.

Ay ərzində aylıq haqqı ödəməklərinə baxmayaraq,suyun günlərlə verilmədiyini bildirirlər.

Bir neçə gündür ki,buraxılan suyu sakinlər işlədə bilmir,suya kanlizasiya buraxıldığını iddia edirlər.

"AZƏRSU" ASC-nin şəxsi marketinə çevirmiş Qorxmaz Hüseynov brendli məsul şəxsləri günahsız vətəndaşlara qarşı həyata keçirdikləri inkvizisiyalara səbəb nədir?

Araşdırmalarımız davam edir.

P.S. Hörmətli və dəyərli Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki,istənilən problemlərlə bağlı İDEAL Redaksiyası ilə əlaqə saxlaya və çəkdiyiniz videoları 050-255-55-65 bu nömrəyə göndərə bilərsiz

Rüfət Kamil