NAZİM QULİYEV: Dövlət nəzarəti rüşvət selinin qarşısında korrupsiya rəqsi oynayır!
Tarix: 18.07.2021 / 11:53 •
Oxundu: 75 dəfə •
Ölkədə dövlət nəzarəti rüşvət selinin qarşısında korrupsiya rəqsi oynayır.
Kriminal-konsentrik dairələrin qaydaları dövlət qanunlarına nəfəs vermir.
Reket jurnalistikanı himayə edən və lazımı anda təhlükə gələn tərəfə fısqırdan reket məmurlar gündəmi dəyişmək üçün kütlə şüuruna istədiyi yalanı sırıyır və başları qatmaq üçün qapı-qapı düşüb dilənçilik edənlərdən gündəm düzəldirlər!?
Tayfa-sülalə-regionçuluq maraqlarına xidmət edən Oqtayların,Qorxmazların,Köçərlilərin ənənəvi spekulyasiyasının dövlətlə əlaqəsi varmı?
"Azərbataqlıq” ASC (Azərsu) 2020-ci ili 323,222 milyon manat xalis zərərlə başa vurub.
Səhmdar cəmiyyətin ümumi zərəri 7 milyard 303 milyon manatı keçib.
Boğaz ölçüsüylə qurşaq ölçüsünün ayırd edə bilməyən,içməli suyu kanalizasiya suyuna qatışdırıb Xalqa satan,sayğacdankənar ilimizin 12 ayı qapı-qapı düşüb "novruz payı" dilənən "Azərzombi" ASC-in harasına yaraşır milyardlıq möhtəşəm bina???
Oqtayın,Qorxmazın tabuları digər konsentrik dairələrin ətlənməsi üçün nümayiş etdirilmədi,tədbir görülməsi,müsadirə edilib dövlət nəfinə keçirilməli idi...!?
Niyə köçürülmədi ?
Köçürülübsə, 7 milyard 303 milyon manatı həzm rabedən keçirən kim(lər)dir, hardadır???
