Bu gün:


NAZİM İDEAL: ŞƏHİD ailəsinin nə evi, nədə ki, iş yeri yoxdur !

Tarix: 27.07.2021 / 16:43  •   Oxundu: 292 dəfə  •  

ŞƏHİDLİK-Allah və Din yolunda,Vətən və Namus uğrunda UCA yaradanın razılığını qazanmaq üçün qarşısına məqsəd qoyub,müharibədə  düşmən əli ilə öldürülməyə deyilir!

Eyni zamanda, öz canını,malını və ailə üzvülərini qoruyarkən həlak olanlarda ŞƏHİD adlanırlar!!

Bilməyənlər bilsin ki,Qarabağ Qazisi olaraq bir neçə 1-ci qrup Qarabağ Qazisinin və Şəhid Ailəsinin qəyyumçusuyam.

Onların əksəriyyətini öz gücümlə mənzil-ailə şəraitinin yaxşılaşdırılmasına köməklik etsəmdə,Mənim davranışım ermənikökənli rusbaşlı bəzi prototiplərin "prinsiplərinə" zərər vurduğundan universal ssenari üzrə uzaqlaşdırmağa müvəffəq oldular.

Və bununlada Şəhid-Qazi Ailələri və İDEAL-da çalışan onlarla ailə işsiz və çörəyə möhtac edildilər !?

De-fakto,de-yure Prezident İlham Əliyevin,Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın və onların siyasi kursunu şüurlu dərk və icra edən bir neçə yüksək çinli dövlət məmurları bu sferadan olan ailələrə həssas münasibət sərgiləməklə yanaşı,tələbatlarını yerinə yetirməkdən zövq aldıqları görünən tərəflərdəndir.

Böyük əksəriyyət despot münasibət sərgiləsədə?

Fotoda gördüyünüz qürurlu Xanım Orucova Fazilə Allahverdi qızı Şəhid Füzuli Orucovun həyat yoldaşıdır.

Evi yoxdur!?

Binəqədi Rayon,8-ci MRN, Ş.Məmmədova küçəsində yaxın rəfiqəsinin evində müvəqqəti qeydiyyatdadır!?

Mənzillə bağlı Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya etdiyi müraciət müsbət qarşılanıb və təminatı üçün Binəqədi Rayon İcra Hakimiyyətinə yönləndirilsədə,karusel sobatajları özünü illərdir ki,Dövlət sanmaqdadır!?

Milli Mətbuatı küçə əxlaqsızlarına və alçaqlarına ev paylamaqla məhv etmiş Həsənov Əlinin dünənki və bugünki medallı lakeylərinin iyrənc kayotasına fəda etməklə söyüş poleqonuna çevirmişlərin yüyənsiz şenok sayağı Şəhid Ailələri adından manipulyasiya etməsi,yumşaq ifadə etsəm rəzalətdir.

Hansı kriteriyalar üzrə "mətbuata ev" hədiyyəsi proseduru şüurlu həyat yaşayan hər kəsə məlumdur.

Burada təkcə jurnalistikanı pritonla səhv salanların şansanetkaları deyil,nepotizm  "fəlsəfəsi" prioritet təşkil edib.

Hesab edirəm ki, Mətbuat işçiləri üçün adlı pay-pürüş edilmiş 1-2 binalarda order daşıyanların 70 faizi saxtadır,qanunsuzdur və cinayət yoluyla mənimsənilmişdir.

Mənzil sahibi olan yaltaq-yalaq sürüsünün 97 faizi özünü müdafiə edə bilmədiyi təqdirdə,başqa kimisidə müdafiə edə bilərmi?

Nəyə görə qələmini,mənliyini,ləyaqətini real və virtual şəkildə söyülməyindən-döyülməyindən həzz alan ruhu satılmış xainlər,maşalar,buqələmunlar hökumət adından bütün imtiyazlarla təmin edilməlidir və edilirlər!?

Ölülər dirilərə,alçaqlar böyüklərə,satqınlar əqidəlilərə niyə nümunə hesab edilməlidir?

Bazarkom kimdir?

Nəyə görə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın ŞƏHİD Ailəsi barədə rəsmi göstərişi Binəqədi İcra Hakimiyyəti tərəfindən sobataj edilməlidir!?