Bu gün:


"Baku Bus"ın avtobusu piyadanı vurub öldürdü

Tarix: 30.07.2021 / 15:19  •   Oxundu: 129 dəfə  •  

"Baku Bus" MMC-yə məxsus avtobus piyadanı vurub.

Gürcüstan vətəndaşı 1966-ci il təvəllüdlü Niyaz Qasımov idarə etdiyi 90-JU-826 dövlət nömrə nişanlı 125 saylı xətt avtobusu ilə yolu keçən 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Təranə Zamanovanı vurub.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.