Bu gün:


Bu həftə Laçından Qarabağa və Ermənistana 2 mindən çox erməni maşını keçdi...

Tarix: 31.07.2021 / 08:45  •   Oxundu: 129 dəfə  •  

Rusiya sülhməramlı kontingentinin hərbçiləri son bir həftə ərzində Laçın dəhlizi vasitəsilə qəsbkar Ermənistandan Yuxarı Qarabağa gedən və geri qayıdan 2000-dən çox nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin edib.
 
İDEAL Media.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.
 
“Müşahidə postunun əməkdaşları gecə -gündüz Laçın dəhlizi ilə avtomobillərin və mülki əhalinin hərəkətinə nəzarət etmək üçün tədbirlər görür. Postumuzdan hər gün  hər iki istiqamətə 200-dən çox maşın keçir. Hər bir avtomobil yoxlama prosedurundan keçir,  sürücü və sərnişinlər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim edirlər. Bütün şərtlərə riayət edildiyi halda sərnişini olan maşının keçməsinə icazə verilir ”- deyə Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki müvəqqəti  dəhliz ərazisində müvəqqəti yerləşmiş Rusiyanın rəsmən sülhməramlı sayılan kontingentinin nümayəndəsi Leonid Stepanov bildirib.