Bu gün:


Nazim İdeal (Quliyev): Güclü Dövlətin bazisini Vicdanlı-Mərd İnsanlar təşkil edir.

Tarix: 08.08.2021 / 15:11  •   Oxundu: 226 dəfə  •  

Vətəndaş məmur münasibətlərinin günbəgün iflic olmasının başlıca səbəblərini bütövlükdə rüşvətlə,bürokratik sobatajla bağlamaq düzgün deyil.

Əsas səbəb sabatsızlıq və prosesləri dar rakursdan təqib etmə tendensiyasıdır.

Savadsız zombi məmurlar və eyni zamanda Vətəndaş cəmiyyətilə mütəmadi təmasda olmaq istəyən təyinatlı dubtatlar istəmədən belə təmsil etdikləri sistemə bumeranq yaşadırlar.

Anti-təkamül dövrü yaşayan bir çox ədədlər dəyərsiz vicudunu dəyərləndirmək üçün avtomobilin, heyvanın və yaxud da deputatla yan-yana durub fotosunu yayınladığı kimi, "fəal dubtat"da Xalqın həssas təbəqəsi hesab olunan Şəhid ailələrilə görüş zamanı "fəxri fərman", konvertdə çox az miqdarda pul paylamlarını çəkib heç kim olduqlarını ucuz reklam etdirirlər.

Necə ki,həsənov əli istismar etdikdən sonra ər-arvad etdiklərinə dövlət adından ev verdirirdi ?!

Ara elə qarışmışdı ki,ortada istismar müddəti bitmiş "media" cameəsindən daha çox həmin binada bədənlərini hər şeylə barter edənlərin mənzillə təminatı açığa vurdu.Nə İsə...

Təməl prinsipləri,dövlətçilik İdealları  olan  hüquqi dövlətlərdə bu cür özündən asılı edəcək şərtlər əsnasında, gözükölgəli-başıaşağı  "yaşamağı" şərtləndirən əxlaqsız siyasət yoxdur.

Vətəndaş işlə təmin edilməli,yaradıcılıqla məşğul olmaqdan ötrü münbit sfera üzünə açıq olmalı və hər kəs öz qabliyyəti, istedadı, zəhməti fonunda ürəyi istəyən həyatı yaşamağa haqq etməlidir.

Vətəndaş təyinatlı,istismar edilən klona çevrilməməlidir.

Ev, avtomobil, pul və.s, ona verilməməlidir, özü almalıdır.

Vətəndaş onu qəbul edib dinləyən,problemlərini həll edəcəyinə vəd verən məə-mırrın bu cür davranışından eyforiyaya qapılıb təşəkkür etməməlidir.

Vətəndaşın problemlərinin həll edilməsinə məsul edilmiş dövlət qurumlarına etdiyi hər bir müraciətə ciddi yanaşılmalı,qanunla nəzərdə tutulmuş konseptual və sistematik qaydada həll edilməlidir ki,Vətəndaş ona zülm yaşatdıqdan sonra,cüzi nəfəs verən harın məmurdan deyil,Dövlətindən məmnun qalsın və özünü dövlətinə,vətəninə borclu bilsin!

Xüsusilə Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdri Ədalət Vəliyev və Prezidentin köməkçisi Hikmət Hacıyevin müşahidə edib təmizləməli sferalarda vəziyyət, Ramiz Mehdiyevin,Əli Həsənovun xarabazara çevirdikləri  sahələrdə kazuslar olduğu kimi qalmaqdadır.

Səbəb o deyil ki,etmək istəmirlər.Səbəb budur ki,bələdçiləri və yaxud da məsləhətçilərinin düşüncəsi və qabliyyəti ayı xidmətindən artıq deyildir.

Məhz bu cür yanlışlıqlar sonunda çıxdaşlarla,həbslərlə sonuclansada, itirən dövlət və xalq olur.