Türkiyədə evləri su basdı
Tarix: 10.08.2021 / 09:28 •
Oxundu: 135 dəfə •
Türkiyədə dünən axşam saatlarında başlayan yağış bir sıra fəsadlara səbəb olub.
Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kahramanmaraş bölgəsində güclü yağış nəticəsində Türkören və Geçit adlı ərazilərdən keçən Söğütlü çayı daşıb. Daşqın nəticəsində bir çox evləri, iş yerlərini və tövlələri su basıb. Daşqın baş verən ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Tabakhane dərəsində də suyun səviyyəsinin yüksəlməsi ilə bağlı lazımi tədbirlər görülüb. Dərənin üzərindəki körpü bağlanılıb və körpüdən həm piyadaların, həm də maşınların hərəkətinə qadağa qoyulub. Həmçinin iş yerlərinə dolan su səbəindən həmin ərazilər boşaldılıb.
Bundan başqa Ordudakı leysan yağışlar da fəsadsız ötüşməyib. Belə ki, Ünyedə 36 mənzilli bir binanın ətrafında torpaq sürüşməsi baş verdiyi üçün binanın sakinləri təxliyyə edilib