Bu gün:


Hayko Maas: 1 qəpik də yardım etməyəcəyik

Tarix: 12.08.2021 / 13:47  •   Oxundu: 126 dəfə  •  

Əfqanıstana hər il 430 milyon avro veririk. Taliban ölkəni ələ keçirərsə və şəriət qanunlarını tətbiq edərsə, bir qəpik də ödəməyəcəyik.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

“Taliban da bilir ki, son onilliklərdəki müharibələrdə əziyyət çəkən bu ölkə maliyyə baxımından beynəlxalq yardımlardan çox asılıdır. Əgər Taliban ölkədə qurulan bütün hüquqları və demokratik standartları ləğv edərsə, Əfqanıstana beynəlxalq yardım göstərilməyəcək”,- Maas bildirib