Bu gün:


“Taliban” yüzlərlə qatili azadlığa buraxdı

Tarix: 15.08.2021 / 17:31  •   Oxundu: 99 dəfə  •  

Bütün Əfqanıstanı ələ keçirən radikal “Taliban” terror hərəkatının yaraqlıları yüzlərlə təhlükəli məhbusu “Pul-e-Charkhi” həbsxanasından buraxıb.
 
Bu barədə "CNN"-ə istinadla xəbər verir.
 
Qeyd edilir ki, “Pul-e-Charkhi” ölkədə ən böyük həbsxana sayılır.          
 
Azad edilmiş cinayətkarların arasında çox sayda talib və “Əl-Qaidə" terror təşkilatının üzvləri var. Terrorçular və qatillər kütləvi şəkildə Kabilə üz tutub.