Bu gün:


Talibandan ŞOK BƏYANAT: "Türkiyəni müttəfiq olaraq görürük"

Tarix: 15.08.2021 / 18:36  •   Oxundu: 340 dəfə  •  

Əfqanıstanda hakimiyyətini bərqərar edən Taliban hərəkatının sözçüsü Zabilhullah Mücahid Türkiyəni düşmən yox, müttəfiq olaraq gördüklərini bildirib.
 
Turkustan.az Independent-ə (türkcə) istinadla xəbər verir ki, Talibanın mediadan məsul şəxsi "Hamının qəbul edəcəyi bir İslam hökuməti quracaqlarını" bəyan edib.
 
Kabil rəhbərliyi ilə danışıqların başladığını ifadə edən Mücahidlər, "Kabili sülh yolu ilə ələ keçirəcəklərini, kimsənin canına və malına zərər vermək istəmədiklərini və Kabil əhalisinin bundan narahat olmamalarını" istəyib.
Taliban heç kimdən qisas almaq fikrində olmadığını ifadə edən Mücahid, Əfqanıstan hökumətində çalışan bütün əsgərləri və mülki insanları bağışladıqlarını deyib: 
"Biz hər kəsin özünü tapa biləcəyi bütün əfqanlara xidmət edəcək və hamı tərəfindən qəbul ediləcək bir İslam hökuməti quracağıq" deyib: ""Kabul çox qısa müddətdə nəzarətimizə keçəcək. Bütün dünya Əfqanıstan İslam Əmirliyinin zəfərini qəbul etməlidir. Bizi tanıyan ölkələrlə sıx əlaqələr qurmağa hazırıq. Biz heç bir ölkənin Əfqanıstan ərazisində olmasına icazə verməyəcəyik. Hansı ölkə olursa olsun, qısa müddətdə xarici qüvvələri Əfqanıstan İslam Əmirliyi ərazisində işğalçı olaraq görəcəyik və lazım olanı edəcəyik. "
 
Türkiyə haqqında danışan Taliban rəsmisi Molla Məhəmməd Yaqub isə "Türkiyə yaxın əlaqələr qurmaq istədiyimiz bir ölkədir" bəyanatı ilə çıxış edib: "Ərdoğandan bizə hörmətlə yanaşmasını xahiş edirik. Türkiyə çoxlu əfqanlara ev sahibliyi edən bir ölkədir və yaxın əlaqələr qurmaq istəyirik. Biz Türkiyəni düşmən yox, müttəfiq olaraq görürük".