Atası azərbaycanlı olan general Ermənistan MTX-nın direktor müavini ola bilər...
Tarix: 17.08.2021 / 12:06 •
Oxundu: 255 dəfə •
2013-2020-ci illərdə Azərbaycan Respublikasının Qarabağ torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “polis rəisi" və “milli təhlükəsizlik xidməti”nin rəhbəri olmuş Kamo Ağacanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin oluna bilər.
İDEAL Media.az xəbər verir ki, bu haqda işğalçı ölkənin "Johovurd" qəzeti öz mənbələrinə istinadla yazır.
2020-ci ilin mayında Qarabağdakı separatçı rejimin qanunsuz xüsusi xidmət orqanı rəhbərliyinə gətirilən K. Ağacanyan 44 günlük müharibədən sonra həmin vəzifədən uzaqlaşdırılıb. Bundan əvvəl o, 2013-2018-ci illərdə separatçı rejimin “polis rəisi” vəzifəsini daşıyıb. Ondan öncə isə qanunsuz “müdafiə ordusu”nda bir diviziyaya komandanlıq edib.
Erməni nəşri qeyd edir ki, 2021-ci il avqustun 4 -də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Stepan Melkonyan təqaüdə çıxıb və vəzifə yeri boş qalıb. Hazırda Ağacanyan və sistemin peşəkarı sayılan kəşfiyyat şöbəsinin hazırkı rəhbəri Yesai Mkrtçyan bu vəzifəyə iddialıdır.
Ancaq “Johovurd”un yazdığına görə, Ağacanyanın maraqlarına Paşinyana yaxın tanınmış erməni iş adamı, hakim "Vətəndaş müqaviləsi" fraksiyasından deputat Xaçatur Sukiasyan tərəfindən fəal şəkildə lobbiçilik edilir. Və bu baxımdan, çox güman ki, vəzifəni Ağacanyan tutacaq.
Xatırladaq ki, hələ 2016-ci ildə Moderator.az əməkdaşının apardığı araşdırma nəticəsində separatçı rejimin keçmiş “polis rəisi” general Kamo Ağacanyanın atasının azərbaycanlı olduğu bilinib(bax://www.moderator.az/news/228193.html). II Qarabağ savaşından sonra erməni mənbələrində vəzifəsindən azad edilmiş K.Ağacanyanın atasının azərbaycanlı olduğu təsdiqlənib və onun guya Azərbaycan xüsusi xidmət orqanlarına xidmət etməsi haqda iddialar irəli sürülüb.