Bu gün:


Çavuşoğlu: Mənfəətlərimiz üçün hər kəslə danışmalıyıq

Tarix: 18.08.2021 / 14:04  •   Oxundu: 86 dəfə  •  

Amerika Talibanla müqavilə imzalayanda problem olmur, biz görüşəndə isə problem olur. Öz mənfəətimiz üçün hər kəslə danışmalıyıq. Bu onların idarəçiliyini və ideologiyasını mənimsədiyimiz mənasına gəlmir. Çin, Rusiya, İran Talibanla danışıqlar aparır. Bunlar normal şeylərdir.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Sosial mediada "Türkiyə dünyəvidir, Taliban rejimini mənimsədikmi?" kimi ifadələr gördüm. Hazırda Talibanın hava limanına heç bir müdaxiləsi yoxdur. Biz dedik ki, bunu alqışlayırıq. Taliban rəhbərliyini və rejimini qəbul edirik, bunu alqışlayırıq demədik”, - Çavuşoğlu bildirib.