Bu gün:


"Necə şiddətli, ağır xəstəlikdir" - Bu sözləri yazandan 2 gün sonra vəfat etdi

Tarix: 19.08.2021 / 15:25  •   Oxundu: 172 dəfə  •  

Azərbaycanda müəllim koronavirusun qurbanı olub.

Bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib.

İngilis dili müəllimi olan 23 yaşlı Qurbanova 2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edib: "Virusa mən də yoluxdum.

Necə şiddətli, ağır xəstəlikdir.. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib".