Bu gün:


Bataqlığın Azərsu məkanı

Tarix: 20.08.2021 / 16:59  •   Oxundu: 240 dəfə  •  

Köçərli Həsənov qanunlara hədə-qorxu gələrək, milyardlara sahib çıxmış Qorxmaz Hüseynovun qanundankənar əməlləri onu əvəz edən Köçərli Həsənov tərəfindən sövq-təbii davam etdirilməkdədir.
 

Bu qurumda idarəetmə mexanizmi sükansız olduğundan it yiyəsini tanımır. Ötən gün Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektinin 4-cü məhəllə sakinləri kollektiv şəkildə "İdeal"-a müraciət edərək bildirirlər ki, hər ay Nərimanov Su Təchizatı və kanalizasiya Xidmətinin əməkdaşlarının haqqını artıqlaması ilə ödəsələr də bu gündən etibarən hər mənzilə xəbərdarlıq yazıb yapışdırıblar ki, Sizə təqdim edilən bildirişdə göstərilən xidmətlərdən istifadəyə görə olan borcun məbləğindən asılı olmayaraq tam şəkildə ödənilməsi tələb olunur.

Əks təqdirdə Su Təchizatı və kanalizasiya xidmətləri əlavə xəbərdarlıq edilmədən dayandırılacaqdır.

Abırsız və həyasız, eyni zamanda despot qurumun əgər məsul şəxsi varsa və eyni zamanda məsuliyyət hissi duyursa, anlamalıdır ki, ayrı-ayrı vətəndaşlara 300 manatdan başlayaraq 2000 manatadək cəırimə yazılması hansı zərurətdən yaranır?

- Vətəndaşların doğrudan da “Azərsu”-ya borcu vardısa və bu xidmətdən qanunsuz istifadə edirdilərsə niyə zamanında onları bu xidmətdən məhrum etmirdilər?

- Sayğacın qoyulmamasında günahkar vətəndaşdır yoxsa həmin qurumun özü?

- Köçərli Həsənliyə pul lazımdırsa bunu qanunsuz olaraq əhalidən yığması hansı qanunun tələbinə uyğundur?

Düşünürük ki, hüquq-mhafizə orqanları “Azərsu”-nun dövlətdən və qanundankənar əməllərinə hüquqi qiymət verməli və vətəndaşların fundamental konstiusional hüquqlarının qorunması üzrə siyasi və hüquqi iradə sərgiləməlidir.

Qanunsuzluqlarla bağlı “Azərsu” rəsmilərinə müraciət etdik. Bir nəfər də olsun belə ağıllı adam tapa bilmədik ki, suallarımıza dolğun cavab verə bilsin.

Anlamalıdırlar ki, bu qurum şəxsi, özəl obyekt deyil, dövlət qurumudur və xalqa xidmət etməklə mükəlləfdir.

Mehriban Əliyeva