“Ermənistandakı rus bazasını fransız bazasıyla əvəzləmək gərəkdir...”
Tarix: 22.08.2021 / 09:16 •
Oxundu: 95 dəfə •
“Qərb mütləq kömək edəcək. Axı o, Ermənistanın əhəmiyyətini başa düşür. Bilir ki, onu itirərək Rusiya bütün bölgəni itirəcək...”
Ermənistan mediasında mütəmadi olaraq Rusiya əleyhinə yazılar da yer alır.
“ArmenianReport” nəşri “ Vaxt itiririk: Ermənistanın Rusiya əsirliyindən qaçması niyə vacibdir?” başlıqlı material dərc edib.
Öncə Rusiya ekspertlərinin rus ordusunun guya NATO, o cümlədən Britaniya ordusundan güclü olması haqda təbliğatına istehza edən, Putin rejiminin avtoritar, diktator, korrupsioner xislətindən danışan müəllif Razmik Akopcanyan Rusiya LDP lideri V. Jirinovskini də hədəf alır və hətta müdafiə naziri S.Şoyqunu onunla eyni düşüncə tərzinə malik bir korrupsioner kimi təqdim edir...
Daha sonra Rusiyanı son Qarabağ savaşında Azərbaycanı dəstəkləməkdə və Türkiyə ilə ittifaqda ittiham edən R.Akopcanyan sonda Ermənistandakı Rusiya bazasını Fransa bazasıyla əvəz etməyə çağırır.
“Budur - əsl Rusiya! Bunu yalnız ağılla anlamaq mümkün deyil. Və ümumiyyətlə, ondan ən uzaq məsafədə durmaq lazımdır. Və öncə Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına nail olmaq, onu Fransız ordusu ilə əvəzləməyə nail olmaq gərəkdir. Çətin olacaq, təzyiqlər böyük olacaq, amma bizim, sadəcə, başqa çarəmiz yoxdur. Putin Rusiyası ilə bütün ittifaqlardan sivil, demokratik Qərbə doğru qaçmalıyıq. Qərb mütləq kömək edəcək. Axı o, Ermənistanın əhəmiyyətini başa düşür. Bilir ki, onu itirərək Rusiya bütün bölgəni itirəcək”- erməni jurnalist belə yazır.