Bu gün:


“Müsəlmanlar şahidi olduqları haqsızlıqlara biganə qalmamalıdırlar...”

Tarix: 26.08.2021 / 10:14  •   Oxundu: 104 dəfə  •  

"Bir tərəfdə aclığın, müharibənin və yoxsulluğun, digər tərəfdə dəbdəbənin olduğu bu ədalətsiz nizam daha çox davam edə bilməz. Bu, mümkünsüzdür...”
 
“Dünya gündəmində ilk sıralarda iştirak etməkdə davam edən təhlükəsizlik problemləri, terror fəaliyyətləri və epidemiyalar arzuladığımız sülhün bərpasına imkan vermir”.
 
İDEAL Media.az ​​​​ xəbər verir ki,  bunu  Türkiyə Prezidenti R.T. Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən Gənclik Forumunun 4-cü Baş Assambleyası yığıncağına ünvanladığı video-müraciətində söyləyib.
 
Dövlət başçısı bəşəriyyət tarixinin ən narahat dövrlərindən birini yaşadığına diqqət çəkərək deyib:
 
“Bütün bəşəriyyəti təhdid edən bu problemlər təəssüf ki, ən çox müsəlman ölkələrində dərin izlər buraxır. Suriyadan Əfqanıstana geniş bir coğrafiyada qarşıdurmalar, köç, yoxsulluq və xəstəliklərə qarşı mübarizə aparan müsəlmanlar, bir tərəfdən də xüsusilə Qərb ictimaiyyətində artan İslamofobiya və irqçiliyə qarşı mübarizə aparmaq məcburiyyətində qalırlar. Bir tərəfdə aclığın, müharibənin və yoxsulluğun, digər tərəfdə dəbdəbənin olduğu bu ədalətsiz nizam daha çox davam edə bilməz. Bu, mümkünsüzdür”. 
 
Türkiyə lideri bütün müsəlmanları haqsızlıqlara qarşı mübarizəyə səsləyib.
 
“Müsəlmanlar artıq həm öz əmin-amanlığı və rifahları üçün, həm də bütün insanların təhlükəsizliyi və gələcəyi üçün məsuliyyət daşımalı və şahidi olduqları haqsızlıqlara biganə qalmamalıdılar. Müsəlmanlara yaraşan uzaqgörənliklə hərəkət edərək imperialistlərin təhlükəli oyunlarına aldanmamaqdır”-deyə prezident Ərdoğan vurğulayıb.