Mövlam Şıxəliyev zərərçəkmişlərin pullarını qaytarmağa hazırdır, amma bir şərti varmış...
Tarix: 30.08.2021 / 15:44 •
Oxundu: 249 dəfə •
Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevdən xəbər var.
Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunan general zərərçəkənlərin tələblərini yerinə yetirməyə hazır olduğunu deyib.
Belə ki, Şıxəliyev ondan şikayətçi olanların pullarını qaytarmağa hazır olduğunu, amma şərtinə də əməl olunmasını tələb edib.
Sabiq istintaq rəisi bildirib ki, həbs olunan şəxslərdən alınan pullar təkcə ona çatmayıb. O, zərərçəkənlərdən hədə-qorxu ilə alınan vəsaitləri həm də Eldar Mahmudovun qaytarmalı olduğunu deyib.
Gununsesi.info-ya danışan zərərçəkənlərdən biri deyir ki, sabiq MTN rəhbəri Eldar Mahmudov da istintaqa cəlb olunmalıdır: “Çünki, Mövlan Şəxəliyev bildirir ki, o pulları tək yeməyib. Mən hesab edirəm ki, onun dediklərində həqiqət var. Bu gün bizə dəymiş zərərin ödənilməsindən söhbət gedirsə, Eldar Mahmudov da prosesə cəlb olunmalıdır. Öz aralarında razılaşsınlar və bizim pulları qaytarsınlar”.
Qeyd edək ki, Mövlan Şəxəliyevin cinayət işi üzrə çoxsaylı zərərçəkən var.
Eldar Mahmudovun nazir olduğu dönəmdə şərlənən bu adamlardan hədə-qorxu yolu ilə külli miqdarda pullar alınıb.
MTN cinayətlərinin ifşasından sonra bu qurumun rəhbər heyətinə daxil olan çoxsaylı vəzifəli şəxslər həbs edilsə də Eldar Mahmudov və Mövlam Şəxəliyev azadlıqda qalmışdı.
Mövlam Şəxəliyevin “MTN İşi” çərçivəsində məsuliyyətdən bir neçə il yayınmasına səbəb isə onun Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan şəxslərə 6 milyon rüşvət verməsinə dair iddialardır.
Məlumata görə, bu barədə ölkənin ali rəhbərliyinə infomasiya çatdıqdan sonra Mövlam Şıxəliyevlə artıq qanunun dilində danışılmağa başlanılıb və onun həbsi gerçəkləşib.