Bu gün:


Akar: Talibanın təklifini qiymətləndirməyə hazırıq

Tarix: 30.08.2021 / 16:47  •   Oxundu: 128 dəfə  •  

Əfqanıstandakı vəziyyət və şərtlər uyğun olarsa, Talibandan Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsilə bağlı tələb gəlsə, onu qiymətləndirməyə hazırıq.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalsitlərə açıqlamasında deyib.

“Əfqanıstanla tarixi marağımız, tarixi keçmişimiz və ortaq dəyərlərimiz var. Hadisələri yaxından izləyirik və qiymətləndiririk. Tələb gəlsə, onu qiymətləndirməyə hazırıq”, - Akar bildirib.

Qeyd edək ki, Taliban Türkiyəyə Kabil Hava Limanının təhlükəsizliyini təmin etməklə bağlı təklif irəli sürmüşdü.