"SAPFİR" MTK-nın "atma" əməliyyatı
Tarix: 30.08.2021 / 21:08 •
Oxundu: 448 dəfə •
Bir qayda olaraq, uzun illərdir ki, vətəndaş cəmiyyəti MTK rəhbərlərinin evyıxma kampaniyasına şahiddirlər. Onlarla dələduz hazırda müxtəlif cəzaçəkmə müəssisələrində kef çəkirlər. Vətəndaşlardan topladıqları qanunsuz pullar, bir mənzili bir neçə vətəndaşa satmaq tendensiyası, qapı-pəncərə, lift avadanlıqlarının saxta reklamı, vergidən yayınma və s. Hələlik söhbət açacağımız persona "SAPFİR" MTK, "Xəzri" istirahət məkanlarının sahibi Rusiya Federasiyasının vətəndaşı, 1963-cü il təvəllüdlü Məmmədov Sahir Ağabəy oğludur.
Sahir Məmmədov barəsində redaksiyamıza daxil olan faktlar kifayət qədər sensasion olduğundan bu barədə araşdırmalarımız başa çatdıqdan sonra silsilə formada təqdimat edəcəyik. (Müxalifətin maliyyələşdirilməsindən tutmuş dövlət əleyhinə aparılan əks-təbliğatın baş prokurorluqda gizlədilməsinə qədər).
Vətəndaş Cəfərov Elşən Əliağa oğluna qarşı törədilmiş qanunsuzluqlarla bağlı Daxili İşlər və prokurorluq orqanlarında araşdırma materiallarına uyğun olaraq bir məqam bizi və insan hüquq və əsas azadlıqlarının keşiyində duran ləyaqətli məmurları düşündürməlidir. Vətəndaşın iradəsi əleyhinə nə zaman evə daxil olmaq olar? Azərbaycanın əsas qanunu hesab edilən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33 və 43-cü maddələri görəsən kimlər üçün nəzərdə tutulub?
Bunun heçmi "SAPFİR" MTK-nın rəhbəri Sahir Məmmədova aidiyyatı yoxdur? Əgər varsa Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 42 B, mənzil 30 ünvanının qapısı evdə yaşayanlar olmadığı halda daxil olmasına kart blanş stimulunu verən hansı qüvvələrdir? RÜŞVƏT YOXSA KORRUPSİYA? NEPOTİZM YOXSA DESPOTİZM?
Maraqlıdır, Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə edilən şikayətdən sonra aidiyyəti üzrə 38 saylı polis bölməsinin qəbul etdiyi "soyuq xətt" hansı qənaətə gəlmişdir?
Mehriban Əliyeva