Bu gün:


BMT Əfqanıstanla bağlı qətnamə qəbul etdi

Tarix: 31.08.2021 / 08:06  •   Oxundu: 95 dəfə  •  

BMT Təhlükəsizlik Şurası yerli sakinlərin və əcnəbi şəxslərin Əfqanıstandan maneəsiz çıxa bilməsi ilə bağlı qətnamə qəbul edib.
 
İDEAL Media.az xəbər verir ki, sənədə 13 üzv ölkə səs verib, Rusiya və Çin bitərəf qalıb.
 
Qətnamə, həmçinin Əfqanıstana humanitar yardımın göstərilməsi üçün səylərin gücləndirilməsini tələb edir.