Nazim İdeal (Quliyev) : Haqq-Ədalət olan yerdə.
Tarix: 31.08.2021 / 12:12 •
Oxundu: 316 dəfə •
Fərqlisənsə,qarnı üçün əlləşənləri,satılmağa heç nəyi qalmayanları yaxın buraxmırsansa Vicdanına böyük sayğı göstərmiş olursan və keçdiyin qürurlu həyat yolu qarşındakı bütün əngillikləri aşmaqda gücünə güc qatmış olursan.
Yeni yıl gecəsi Nehrəmli gedəçələrin idarə etdiyi atv telepritonunda hər veriliş sonu Mənə həsr olunacaq veriliş tez-tez anons edilirdi...
Nəhayət blef xəbərlər başa çatdı və ardınca Ramiz Mehdiyevin muxa-lif-ətdən icarəyə götürdüyü şenokdan,namusunu həftədə təbəssümlə 525 dəfə satandan başlamış xoşqədəmə qədər,bir sözlə 13 baş stiqmalı neondertal "reket jurnalistikaya qarşı mübarizə aparırdı."
Sonradan məlum oldu ki,xoşqədəmqarışıq çoxunun sadəcə ağzından istifadə ediblər və onlar əleyhimə hər hansı mənfi ifadə işlətməyiblər.Qarşımda duruş gətirə bilməyən qanadlı-quyruqlu haşaratlar məhz bu cür mantaj-şantajla başlarını qumdan çıxarmaq istəyirlərmiş...
Verilişin aparıcısıda incə-zərif-qabırğa ceka idi...
Veriliş qurtaran kimi Baş Prokurorluğun mətbuat xidmətinin məlumatı yayımlandı.
VƏ məlum oldu ki, ABU-nun rektoru Elşad Abdullayev,Loğman Tibb Texnikumunun direktoru Rəmziyyə Abdullayeva,"Son söz" qəzetinin baş redaktoru Natəvan Mehdiyeva,redaktor Ağgül Məmmədova,AM şurasının sədri Əflatın Amaşov,Müsavatın baş redaktoru Rauf Abbasov,Ata Abdullayev və ümumilikdə 17 nəfərin şikayəti əsnasında ARCM-in 182-ci maddəsi üzrə...
Sözsüz ki, hökumətin inhisarında olan bir televiziyanın Prezidentin yeni il təbrikinə qədər Mənə həsr etməsi tualetdə intim videosuyla şantaj olunduğunu iddia edən hansısada əlihəsənovun başı üçün deyildi.Ramiz Mehdiyevin saxta akademik cizgiləri hər döngədə açığa vururdu...
Rezüme....
Yeni yılı bu cür sürprizlərlə adlamadan gecə saat 12:15-də Baş Prokurorun birinci müavini Rüstəm Usubov telefon açdı ki,Baş Prokuror Qaralov Zakir Sizinlə görüşmək istəyir,nə zaman gələ bilərsiz....!?
Səhər saat 11-də Baş Prokurorluqda oldum və Rüstəmlə birlikdə Zakirin otağına daxil olduq.
Qarşılama sıradan olan deyildi və məchulluq çiskinlik inadından dönmürdü.
San ki,Məni yaxından tanıyan dostum Mənə vəkillik edirdi....
Qaralov Mənə qarşı səhv etdiyini və bunu tez bir zamanda "düzəldəcəyinə söz verdi."
Və stolunun üzərində 15-17 nüsxə İDEAL qəzet görüb təəcübləndim ki,nə yaxşı buda Bizim qəzeti oxuyur.
Danışığımızın xoş ovqatlı məqamında qalaqlanan İDEAL-dan bir nüsxə götürüb baxarkən,rəngli qələmlərlə "vacib cümlələrin" işarələndiyini gördüm.Artıq hər şey məlum olsada soruşdum ki,xətlədiyiniz hissələrlə bağlı tədbirlər görürsünüzmü???
Qaralovla Usubovun iyrənc gülüşləri divarlarda belə ikrah hissi oyatdı..
Qaralov:"Elə bilirsiz,təkcə Siz bizim işlərimizdən istifadə edib pul qazanırsız,görürsüz ki,bizdə Sizdən qazanırıq..."
Azərbaycan istisna olmaqla dünyanın hər bir yanında Media təkcə cəmiyyətin deyil,başlıcası iqtidarın aynası hesab edilir.Bu səbəbdən də əhalisinin sayından asılı olmayaraq,ölkələrində baş verən bu və ya digər neqativlər dərhal açığa vurur və anındaca tədbir görülür.
Bizdə aynası sındırılmışlardan ibarət əvvəlcə bir şura yaratdılar.Sonra bu şuranın üzvülərində şura xala kimi istifadə etdilər və bir qrupunu birkaladılar ("medal").Ardıncada,medal verdirəni,alanı gah reket,gah dələduz,gah rüşvətxor,gah... çıxardılar.
2020-ci yılda 1 Saylı C.Ç.M-də intihar hadisəsi baş verdi.
Özünü intihar edən şəxs Xaşmaz rayon sakini Zaur Qasımov idi.
Zaur Zakir Qaralova və kirvəsi Baş Prokurorluqda təsərrüfat idarəsinin rəisi Məmişova məxsus Nabrandakı 8 villanın tikinti-təmir işlərinin icraçı direktoru olmuşdur.
Zaur Qaralov və Məmişovdan fəhlələrin əmək haqqını tələb etdiyinə görə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasıyla "mükafatlandırılmışdı".
Qanunsuz həbsilə bağlı Zaur bir neçə dəfə ölüm aksiyası keçirmiş və yüksək çinli məmurların and-amanına,vədlərinə inanıb aksiyanı dayandırmışdı.
Yalanlar Zauru ümidsiz buraxdığından O,intiharın səbəblərini yazıb,kağızı udur.
Həmin kağız prokurorluqdadır.
Zakir Qaralov Eldar Həsənovdan daha çox ədalət mühakiməsi qarşısında cavab verməyə haqq edir.
Haqq-Ədalət olan yerdə.