Bu gün:


Gəlinlik geyinib binadan tullandı

Tarix: 31.08.2021 / 16:03  •   Oxundu: 203 dəfə  •  

Rusiyanın Altay Respublikasının Rubtsovsk şəhərində qadın naməlum səbəbdən intihara cəhd edib.

Marina adlı sakin pəncərədən özünü yerə atıb.

Qonşuları onu fikrindən daşındırmağa çalışsa da, qadın buna məhəl qoymayıb.

Marinə gəlinlik paltarı geyinərək yerə atılıb.

Şahidlərin sözlərinə görə, qadın xilasedicilərin onu saxlaya biləcəyinə ümid edib. Lakin təhlükəsizlik tədbirləri özünü doğrultmayıb. Nəticədə Marina yerə çırpılaraq ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.