“Taliban” milyardları necə qazanıb?
Tarix: 03.09.2021 / 11:23 •
Oxundu: 108 dəfə •
Əfqanıstanda hakimiyyətə gələn “Taliban” ölkə iqtisadiyyatına da nəzarəti ələ aldı. Son onilliklər ərzində təşkilat təkcə tiryək və heroin ticarəti ilə deyil, həm də digər yollarla pul toplamağa başladı.
“RİA Novosti” xəbər verir ki, “Taliban” nəzarət edilən ərazilərə vergi tətbiq edib, nəqliyyat şirkətlərindən və mobil operatorlardan xərac tələb edib, həmçinin Pakistan və Körfəz ölkələrindən pul alıb.
İldə 1,5 milyard dollardan çox pul toplanıb. Dövlət xəzinəsini doldurmaq üçün bu, kifayətdirmi?
Yalnız narkotik deyil
“Narkotik istehsalı və ya qaçaqmalçılığı olmayacaq. Əfqanıstan artıq tiryək becərilən bir ölkə deyil”, - “Taliban” sözçüsü Zabihullah Mücahid belə deyib. O bildirib ki, əlavə olaraq xarici yardımlar da lazım olacaq.
Belə vədlər dəfələrlə verilib. 2000-ci ildə beynəlxalq aləmdə tanınmaq istəyən islamçılar tiryək əkinini qadağan etdilər. Tarlalar məhv edildi və narkotik ticarəti kəskin şəkildə azaldı. Lakin ABŞ Əfqanıstanı işğal etdikdən və döyüşçülər hakimiyyəti itirəndən sonra tiryək, heroin və metamfetamin ticarəti yenidən çiçəkləndi.
BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) Əfqanıstanı dünyanın ən böyük tiryək istehsalçısı olaraq sıralayır. Keçən il orada xaşxaş məhsulu istehsalı 37% artıb. Bu məhsulun əkildiyi torpaqların ümumi sahəsi 263 min hektardır - bu, mütləq rekorddur.
UNODC-nin hesablamalarına görə, narkotik biznesi “Taliban”a ildə 400 milyon dollar gəlir gətirir. Bu, uzun müddət onlar üçün əsas gəlir mənbəyi idi. Ancaq son illərdə vəziyyət dəyişdi - islamçılar iqtisadiyyatlarını şaxələndirdilər.