Dəstəsində Stalinin də döyüşdüyü azərbaycanlı qadın...
Tarix: 04.09.2021 / 16:43 •
Oxundu: 208 dəfə •
Uzun illər Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən, ermənilərin qorxulu röyasına çevrilən kişi paltarlı Qaçaq Gülsüm haqda maraqlı məlumatları təqdim edirik:
Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində adan olub. O, kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızı idi. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı.
Gülsüm ailəsi kasıb olduğu üçün imkanlı adamların evində xidmətçi kimi çalışırdı. Gülsümün qapısına bir neçə dəfə elçi gəlsə də, o, ailəsinin cehiz almaq üçün imkanının olmadığını bildiyi üçün hər dəfə elçilərini geri çevirir.
“Adım Süleymandı”
Gülsümün həyatı iki ildən çox vergi vermədiklərinə görə pristavın və kəndxudanın evlərinə gələrək ailəsinin qarşısında atasını təhqir etməsi ilə dəyişir. Pristavın qaynar samovarı Əmirqulu kişinin kürəyinə sarıyıb zülm etmələrinə dözə bilməyən Gülsüm pəncərədən pristavı, daha sonra isə qaçmaq istəyən kəndxudanı güllələyir.
Başına gələcəkləri yaxşı bilən Gülsüm qardaşlarının qabağa düşüb asılmasına mane olmaq üçün onlardan birinin paltarını geyinib evdən qaçır və meşədə gizlənir. Daha sonra xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub.
O zamanlar qaçaqlıq edən Kərbəlayı Əsgər, Məşədi Yolçu və Bayramqulu bu hadisəni eşidib, qızın ardınca meşəyə gəlirlər. Meşədə kişi paltarında birini görüb adını soruşurlar. “Adım Süleymandı” deyib onları inandıran Gülsüm yalandan and içir ki, onların axtardığı Gülsüm onun bacısıdır.
Gülsüm daha sonra Qaçaq Kərəmin dəstəsinə qoşulur. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı.
Qatardakı siyasi dustaq
1890-cı ildə Qaçaq Kərəm Gülsümə xüsusi bir tapşırıq verir. Belə ki, Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərilir. Kərəm Gülsümə bildirir ki, gürcü dostlarının xahişi var ki, qatarda siyasi bir dustaq var və o, mütləq xilas edilməlidir.
Gülsüm əməliyyatı uğurla başa vurur və dustağı azad edərək pulları ələ keçirir. Qatardakı siyasi dustaq Soso Cuqaşvili (İosif Stalin) idi və o Gülsümün dəstəsinə qoşulur.
Soso 7 ay Gülüsümün dəstəsində qalır və onun əmri ilə xeyli əməliyyatlarda iştirak edir. Soso, hətta Qaçaq Gülsümlə birgə Metex qalasından xeyli qaçaq azad edir.
Qaçaq Gülsümü digər qaçaqlardan seçən tək xüsusiyyəti onun qadın olması deyil, həm də ölkəsinin rus işğalı altında olması ilə barışmaması idi. Təsadüfi deyil ki, bir dəfə meşəyə gələn rus komandir Gülsümlə söhbət əsnasında ona üzə çıxmasını və Çar ordeni ilə təltif edilməsini təklif edir. Hətta bütün etdiklərinin bağışlanacağını və toxunulmazlıq veriləcəyini vəd edir. Buna Gülsüm belə cavab verir: “Mənə rus çarının heç bir ordeni və təklifi lazım deyil, mən padşahım kimi onu qəbul etmirəm. Öz padşahım olsa, mən qaçaq olmazdım”. Bu fakt bir daha ondan xəbər verir ki, Gülsüm təkcə qaçaq deyil, həm də dövrün xalq hərəkatının tanınmayan simalarından olub.
Sadiq bir dost 300 ermənidən daha yaxşıdır!
Gülsümün qadın olduğunu sirrini cəmi üç nəfər bilib - Qaçaq Kərəm, Əskiparalı Qaçaq Usub və Soso Cuqaşvili, yəni Stalin. Qaçaq Kərəmin göstərişi ilə Gülsüm Türkiyəyə yola düşür. Bir müddət Bitlisdə yaşadıqdan sonra Rusiyada çevrilişin olması və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi səbəbi ilə Gülsüm doğma yurduna qayıdır.
Öz kəndinə qayıdan Gülsüm burada İsmayıl adlı bir kişiyə ərə gedir. Hansı ki, İsmayıl dul idi və dörd uşağı vardı. Bundan sonra da onların altı oğlu, iki qızları olur.
SSRİ dövründə ilk zamanlar Gülsümə toxunmurlar. Lakin ermənilər Gülsümə göz verib, işıq vermirlər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Hadisəyə görə, onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər dövrün Azərbaycan SSRİ rəhbəri Mircəfər Bağırova çatır. O, şəxsən Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərilməsini istəyir, deyir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Daha sonra Stalin əlavə edir ki, Gülsüm onun ən yaxın dostudur.
Bu qərarla barışmaq istəməyən Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin cavab verir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost bütün hər şeydən (300 ermənidən də) dəyərlidir.
Deyilənə görə, Gülsüm 101 il ömür sürüb və 1962-ci ildə dünyasını dəyişib. Onun məzarı Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.