Bu gün:


Nazim İdeal ( Quliyev): Mənim evim Qalamdır.

Tarix: 04.09.2021 / 17:58  •   Oxundu: 109 dəfə  •  

Hər kəs mənim evim qalamdır demək gücündə olmadığından Şuşada indi ermənilər lamborcina,kadilak sürüb,Şuşa yallısı oynayırlar.

Təkcə Şuşamız,Qubadlımız deyil,ölkənin hər yerində vətəndaşın qalası hökumət tərəfindən ,uçurulur,işğal edilir,dağıdılır,əlindən alınır.

Femida ,Azərbaycan Respublikasının Konstitusiyasının  12-13-29-33-43 -cü maddələri qarışıq zorlanmaqda davam edir ki,mən bu kimi dərəbəylikləri onlarla çıxarılmış qondarma "qətnamələr"də arqument - faktlarla hər kəsə sübut edə bilərəm.

Necə ki,hay - kimilərə sübut edirəm.

Ümumiyyətlə son illər özünü "patriot" kimi təqdim edən və edilənlərin heç biri nə bu vətənə,nədəki öz dogmalarına sərf etməyən lazımsız əşyalardır ki,başlarına ip salıb tiranın zövqünə uyğun yaltoloq ("politoloq"),siyasi şərçi ("şərhçi") kimi hadisələrin axarına qarşı zingildədirlər.

Hökumətin vətəndaş cəmiyyətindən xəbəri yoxdur.

Vətəndaşın məktubunu oxuyan,dərdlərinə çarə qılan yoxdur,anarxiyadır,xaosdur.

Vətəndaş cəmiyyətindən danışanlar ,əslində öz həyat hekayələrindən  bəhs edirlər.

İnsanlar hökumətə özlərini tanıtdırmaqdan ötrü intihar edirlər,özlərinə əl qaldırırlar,əllərini,ayaqlarını,qulaqlarını kəsirlər,gözlərini çıxarırlar.
Ataloqu olmayan nümunələr yüzlərlədir.

Sual : - Həbsxana həyatınızla baglı nə deyərdiniz? Çox şey məlum olsada...?

Cavab: - Vətənim Qubadlı 27,məndə 10 ildir ki,erməni işğalında ,girovluğundayıq.

Məni "islah" etməyə məsul edilmiş bu zombi sürüsünün böyük əksəriyyəti,mundirlərindəki ,haqq - ədalət tərəzisinin mahiyyətini saxta bazar tərəzisindən fərqini bilmir.

İslahla istismarın fərqini anlamır.

Qanunsuz və xəstə sistemdir.

Rəislərin əsas missiyası qanunların - narkotika - qadın - trans - porno fleş kart - çarpayı - otaq - hamam suyu satışını təşkil etməkdir.

Burası dünyanın ən qaranlıq ,təsəvvürə gətirilməyən iyrənc kayotasıdır.

Erməni diversantlar Arsen Bağdasariyana,Edqar Sarkisyana göstərilən penitensiar xidmətin  100 /1 faizi Azərbaycanlı məhkumlara  tanınmır !

Təsəvvür edin ki,həyata keçirilən " uğurlu penitensiar islahatlar " ,nəticəsində Lamiyə  Sahib  qızı həbsxanada dünyaya atasız uşaq gətirdi.
Fədayə ilə Qocanın "Stolipindən qaçma " klipi işıq üzü gördü və s...

Sizə sonsuz təşəkkürümü ,minnətdarlığımı bildirirəm.Allah yar və yardımçınız olsun. Nazim İdeal sağ olun.

Müsahibəni qələmə aldı: Aysel Türkan

2019-cu il