Bu gün:


8 aylıq hamilə qadın öldürüldü

Tarix: 06.09.2021 / 14:04  •   Oxundu: 100 dəfə  •  

Əfqanıstandakı "Taliban" yaraqlıları polis qadını güllələyiblər.

Banu Negar adlı öldürülən məmurun güllələnən zaman səkkiz aylıq hamilə olduğu söylənilir. O qohumlarının və ailəsinin gözü qarşısında evində öldürülüb. Cinayət Əfqanıstanda qadınlara qarşı təzyiqlərin artması ilə bağlı xəbərlərin artması fonunda baş verib. "Taliban"dan BBC-yə bildirib ki, Negarın ölümündə heç bir əlaqələri yoxdur və hadisəni araşdırırlar.

"Hadisədən xəbərdarıq və təsdiqləyirəm ki, Taliban onu öldürməyib, araşdırmamız davam edir" deyə "Taliban" sözçüsü Zabiullah Mücahid deyib.