NAZİM İDEAL (QULİYEV): "Məhkəmələr ASAN xidmətə verilsin"
Tarix: 08.09.2021 / 20:16 •
Oxundu: 424 dəfə •
Bu ölkədə heç bir mübaliğəyə yol vermədən deyə bilərəm ki, ən çox məhkəmələrdə üzləşən şəxs mənəm. Hələ bir neçə il bundan öncə Azərbaycan Beynəlxalq Universamının (ABU) müdiri Abdullayev Elşad İslam oğlu ilə nə az, nə çox, 120 dəfə məhkəmə çəkişməm olub. Bu saxta və axta akademikin sülaləsiqarışıq yuvasına qədər qovdum, son nəticədə yuvasından qarşıma Elmira Hüseynli adlı şərin dişisini çıxardılar. Müqayisəmin fonunda son illər ərzində məhkəmə çəkişmələrim demək olar ki, sıfırla bir arasındadır. Ona görə ki, dəyərlər uğrunda apardığım mübarizədə bir çox hallarda uğrunda mübarizə apardığım dəyərsizlər üzünə qoyulur. Lakin xarakterin mükəmməl tərbiyələnmiş iradə olduğunu nəzərə alsaq bütün bunlar mənim xarakterimdən dolayı baş verənlərdir.
Gənc kadrlar adı altında kütlə şüuruna soxuşdurulan mantiyalı, debil dovşanlardan söhbət açmaq istəyirəm. Hələlik, Bakı şəhəri Suraxanı rayon məzhəkəsinin haykimi Tural Məmmədov. Bu gədə əyninə geyindiyi mantiyanın fərqini qanmayaraq 10-cu aydır ki, bir mülki iş üzrə göstərmədiyi performans yoxdur. Gah iddianı geri qaytardı, gah hansısa sənədin doğru olmadığı blefləri üzrə prosesləri uzatdı və s. Haqqdan, ədalətdən, vicdandan yazmağın yeri yoxdur. Çünki bu ölkədə bəlkə də ən çox zorlanan elə Femidadır. Lakin, amma və ancaq bir məqamı deməsəm olmur. Bu abırsız varlıqlar heç olmasa yumşaq yerlərini dincə qoyduğu stuldan, divarlardan utanmırlarmı?!
Bunların heçmi ləyaqət hissi yoxdur?! Bunları nədən ötəri təyin ediblər?!
Bu gün görünəni odur ki, vətəndaş onun hüquq-mühafizə orqanları ilə üz-üzə müharibə şəraitindədir. Kimdən ki rüşvət ala bilirlərsə, qanun işlək vəziyyətə düşür. Ala bilmirlərsə, ölkənin qanununu, hüququnu, dövlətçilik ideallarını, bax, xədim Tural Məmmədov kimi hamilə saxlayırlar. Özü də nə az, nə çox, düz 10 ay. Anlaşılmır, Prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Pentensiar Xidmmətdə cəza siyasətinin humanistləşdirilməsi" haqqında sərəncam imzaladı. Sözsüz ki həmin sərəncam 2005-ci ildə Milli Məclis tərəfindən dövlət məmurları barəsində qəbul olunmuş gəlir deklarasiyası kimi hələ də dekretdən qayıtmayıb.
Bundan əlavə, 2019-cu il 3 aprel tarixində Prezidentin növbəti sərəncamı bir çox ümidləri bitmiş insanlarda ümid qığılcımı oyatdı: Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında sərəncamın məramnaməsi ilə tanış olarkən. Sərəncamdan doğan əsas məsələlərdən birincisi istər cəzaçəkmə müəssisələrində, daha doğrusu istər balaca "zon"da, istərsə də azadlıq adlı "böyük zon"da keçirilməsi nəzərdə tutulan bütün məhkəmə proseslərinin məhz videoqeydlərlə nümayiş etdiriləcək və protokola məhz videogörüntülərlə baxmağın mümkün olacağı nəzərdə tutulurdu.
Yazıqlar olsun ki, sərəncamın ili çıxmamış qanun, hüquq adlı qəbiristanlığı siyasi sifariş və rüşvət seli apardı.
Necə ki, polis, prokurorluq orqanlarına vətəndaş ən dar günündə belə müraciət etmək istəmədiyi kimi, artıq məhkəmə sistemi də həmin vəziyyəti almaqdadır. Yəni ki, dövlətin müqəddəs atributlarını əyninə geymiş oğru, quldurlar vətəndaşın taleyini və yaxud da mülkiyyət hüququnu həll etmək missiyasını üzərinə götürmüşdür.
Bu qədər etirazlar, narazılıqlar fonunda sistemə nəzarət etməli olanlar susurlarsa, deməli, bunun adlarından biri də "paranomiya" və "mazoxizm"dir. Elə Suraxanı rayon məhkəməsinin hakimi Tural Məmmədov adlı hay-kimi.
Mən bir neçə il bundan öncə Prezidentə və Milli Məclisə açıq məktubla müraciət etmişdim ki, məhkəmələr ASAN xidmətin tabeçiliyinə verilsin və o zaman ki, Prezident Administrasiyasının qanunvericilik şöbəsinin rəhbəri Şahin Əliyev cavab vermişdi ki, təklifiniz mütləq nəzərə alınacaq. Yenə də təklif edirəm ki, səlahiyyətlər mütləq ASAN xidmətə verilməlidir. Ona görə ki, heç bir vətəndaş siyasi sifariş, direktivlər, rüşvət ödəmədən fundamental, konstitusion hüquqlarını bərqərar edə bilmir.
Haqqını, tələb olunan xəracı verməsən, ödəməsən, haqqını qazana bilməzsən. Bu üzdən də hər kəs asan şəkildə ayrı-ayrı məmurların ciblərinə rüşvət olaraq deyil, dövlətin hesabına lazım olan rüsumları ödəyib haqqını qazanar və beləliklə, həm dövlət, həm də vətəndaş məmnun qalar.