Bu gün:


Pakistanlı gənc lider: "Başqaları üçün yaşayan insanlar hər zaman yaşayır"

Tarix: 09.09.2021 / 12:46  •   Oxundu: 106 dəfə  •  

"Gənclər, seçdikləri peşələr vasitəsi ilə çox ehtiyac duyulan islahatları həyata keçirmək üçün hər gün qurban verirlər, çünki islahatlar cəmiyyətin inkişafı və azadlığı üçün davamlı bir prosesdir".

İDEAL Media.az xəbər verir ki, bu açıqlamanı Pakistanlı gənclərin lideri Qaiser Nawab, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində keçirilən "Gənc Liderlər Forumu 2021" çıxışı zamanı deyib. Qaiser Navab son illər ərzində dünyada baş verən hadisələrə diqqəti çəkərək bildirib ki, cəmiyyəti dəyişmədən inkişafı mümkün deyil.