"Azadinfo.az" saytının rəhbəri Xəttab həbs edildi
Tarix: 10.09.2021 / 17:12 •
Oxundu: 108 dəfə •
Binəqədi rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərlinin (Xəttab) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Prosesdə vəsatət təmin edilib və M.Ələkbərli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.