Bu gün:


Nazim İdeal (Quliyev): Qanun Alverinə Qarşı Mübarizə Təsisatı yaradılmalıdır!

Tarix: 11.09.2021 / 12:47  •   Oxundu: 233 dəfə  •  

Qanun Alverinə Qarşı Mübarizə Təsisatının yaradılması zəruri və günümüzün tələbidir!

De-fakto,de-yure İnsan və Vətəndaş hüquq və Əsas azadlıqlarına qarşı törədilən bütün cinayətlər məhz qanun adı altında həyata keçirilir.

İstət dövlət,istərsə də qeyri-dövlət təşkilatlarında 99 faiz məsul şəxs üzərinə düşən vəzifəni icra etmir və belə bir məsuliyyəti və nəzarəti üzərində hiss etmir.

Korporativ maraqlara cavab verməyən bütün "Müraciət"ləri sabotaj qaydaları "cavablandırır".

Minlərlə arqument-fakt sadalaya bilərəm.

Eyni zamanda istəməzdim ki,yaradılacaq təsisat varislərinin ənənəsini təkrarlasın.

Ailə-Qadın Problemləri komitəsi yaranmamışdan əvvəl ölkədə boşanmaların sayı 15-20 faiz təşkil edirdi.

Komitənin apardığı "konseptual marifləndirmə" lər sayəsində son illər statistik boşanmaların göstərici 95 faiz təşkil edir.

Əli Həsənov və təmsil olunduğu truppa AM Şurası ("Azərbaycan Mətbuat Şurası") yaratmamışdan əvvəl dövlət və ya qeyri-dövlət təşkilatlarına müraciət edirkən qisməndə olsa qanunun tələblərinə riayət edilirdi və etməyən başı boş hüdudsuzlara da qanunları öyrətmək olurdu.

Hazırda çox əcaib forma yaradıblar.Hətta adlarını çəkmək istəmədiyim Ədliyyə Orqanlarında çalışanlar İDEAL-ın əməkdaşları ilə danışarkən təəcüblə soruşur ki, "Vətəndaş Mediaya niyə şikayət edir ki?"....

Və yaxud da "...cavab vermək səlahiyyətində deyilik.."

Anlaşılandır Azərbaycan Mediasını qəbristanlığa,hörmətsiz və nüfuzsuz hala salanlar məhz şəxsiyyəti-milli-siyasi heçkimliyi ayaqyolundan çıxan klarnet ustası və onun üzdəniraq truppasıdır.

Lakin,amma,ancaq Media təsisatı digər təsisatlardan daha geniş hüquqi bazaya malik olmaqla yanaşı, AR-sı Konstitusiyasının 32-ci maddəsində göstərilən (ailə və kommersiya sirri) istisnalardan başqa,bütün sual və sorğuları cavablandırılmalıdır!

Bunu KİV haqqında Azərbaycan Respublikasının qanunu,Vətəndaşların Müraciətlərinə baxılması qaydası haqqında qanun,Əsas qanun hesab edilən Konstitusiyanın 57-ci maddəsi ehtiva edir.

Sözsüz ki, başları mədələşmiş debillər qanunlara deyil,onları layiq olmadığı axura ("vəzifə") bağlayan və aybaşı yığan iribuynuzlu  prototipin ona dediklərini qanun sayır.

Məhkəmə-hüquq sistemi barədə danışmağın və yazmağın doğru cavabını Avropa İnsan Haqları Məhkəməsi verir.

Uşaqlar dövlətimizə borclu qaldığı kimi,dövlətimizdə  AİHM-nin çıxardığı Qərarlar üzrə cərimə ödəməyə məhkumdur!

Bu gün baş verən intiharlar bir qayda olaraq hər addımlıqda Vətəndaşın üzləşdiyi diskriminasiyadır,məmur harınlığıdır, qanun adı altında azərin uşaqlarının ("azərqaz,azərsu,azərişıq,azər...") sadə və hüquqsuz Vətəndaşların mənzillərinə soxulub pul tələbetmə və digər inkvizisiyalardı.

"Şüurlu" həyatlarını qarınlarında tapan savadsız,mədəniyyətsiz,vicdansız,şərəfsiz gədəçələrin  dövlətin idarəetmə strukturlarına rüşvət-nepotizm fəlsəfəsi üzrə soxuşdurub İnsan taleyinə məsuletmə məsuliyyətsizliyidi.


Hər bir Vətəndaşın bu gün etiraz etdiyi və bu etirazını bir çox hallarda özünə əlqaldırmada,özünə qəsdetmə də tapmasının başlıca səbəbi, onu anlayacaq,dərk edəcək,dinləyəcək,dərdlərinə yardımçı olacaq arxasızlığı,ümidsizliyidi.

Vətəndaş öz hüquqlarını bilməyə bilər.Lakin onun taleyinə məsul olan məmurun qanunları və hüququ bilməməklə yanaşı şəxsi qaydaları üzrə bazarlıq etməsi cinayətdir!!