Ukraynada ilk dəfə Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin açılışı olub
Tarix: 17.09.2021 / 11:04 •
Oxundu: 151 dəfə •
Xarkov şəhər şurasının təşkil etdiyi açılışda Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Oleq Krapivin və UAR baş katibi Ceyhun Məmmədovun da iştirak edib.
Təntənəli açılışdan öncə, Xarkov Şəhər Şurasının katibi və mer əvəzi İqor Terexov Bələdiyyə binasında Azərbaycan Respublikasının rəsmi nümayəndə heyəti və diasporu nümayəndələri ilə görüşüb.
Tədbirdə Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev, "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Murad Ömərov, diplomatik korpusun və Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Rəsmi görüşdə çıxış edən Elnur Əliyevin sözlərinə görə, Xarkov Azərbaycan üçün tarixən əhəmiyyətli bir şəhərdir. Belə ki Azərbaycan kinosunun banisi Aleksandr Mişon Xarkovda anadan olub, Bakı əsilli və Nobel mükafatı laureatı Lev Landau 5 il Xarkov Universitetində çalışıb.
Görüş zamanı çıxış edən Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova görülən işlərə görə memar və layihə müəlliflərindən ibarət kollektivə təşəkkürünü bildirib. Xanım səfir Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanova “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsini təqdim edib.
Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlılatı Radasının həmtəsisçisi, Kiev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin yüksək təşkikatçılığa görə Xarkov şəhər adminstasiyasına, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova və Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədova təşəkkür edib. Diaspora rəhbəri bildirib ki Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın dəyəridir. “15 sentyabr həm də 1918 ci ilədə Bakının işğaldan azad edildiyi gündür. Bu münasibətlə də soydaşlarımızı təbrik edirəm” deyən Krapivin qeyd edib ki bu tədbir Ukrayna ilə Azərbaycan arasındakı dostluğa dəyərli bir tövhədir.
Öz növbəsində İqor Terehov, birgə mədəniyyət layihələrinin həyata keçirilməsinin beynəlxalq əlaqələrin əhəmiyyətli bir komponenti olduğunu, Xarkovun istisnasız olaraq bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb. "Biz Azərbaycan Respublikasının şəhərlərindən biri ilə qardaşlaşma əlaqələri qurmaqda maraqlıyıq" deyən Terexov bunun yaxın zamanlarda reallaşacağına inandığını bildirib.
Təntənəli açılış mərasimini ardından qonaqların şərəfinə ziyafət verilib.
Tədbir Xarkov filarmoniyasıda Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Mirələm Mirələmov işirakı ilə keçirilən konsert programı ilə başa çatıb.