
Korrupsiya ittihamı ilə mühakimə edilən İmişli rayon İcra Hakimiyyətinin başçısı Hacıyev Vilyam Fəhralı oğlu 3 saylı ixtisaslaşmış müalicə müəssisəsinə (“tubzon”) köçürüldü. Məhkumlardan kənar xüsusi imtiyazlarla təchiz edilmiş kabinetdə kef çəkən Vilyam Hacıyevə ümumi karantin tələblərinə riayət edilmədən istədiyi məkana nəzarətsiz daxilolma şansı da tanınır.
Ümumiyyətlə, bir qayda olaraq korrupsiya ittihamı ilə həbs edilmiş dövlət məmurları penitensiar sistemdə ödədiyi rüşvətin fonunda istədiyi kimi yaşayır. Daha çox korrupsionerlərin toplaşdığı məkan Penitensiar Xidmətin Böyükşor qəsəbəsi, 8-ci Köndələndə yerləşən müalicə müəssisəsinin “Cənnət bağı” deyilən məkanında yığışırlar. Onların 1 aylıq xərci 5 000 – 15 000 manat civarında dəyişir.