Bu gün:


Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...

Tarix: 21.09.2021 / 08:00  •   Oxundu: 88 dəfə  •  

Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.
 
Rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.
 
Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.