Bu gün:


Azərbaycanda general-mayor vəfat etdi

Tarix: 29.09.2021 / 13:50  •   Oxundu: 227 dəfə  •  

General-mayor Mehman Təhməzov vəfat edib.

Azərbaycan Respublikasının İnterpolun Milli Mərkəzi Bürosunun sabiq polis rəisi, general-mayor Mehman Təhməzov böyrək çatışmazlığından bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Təhməzov əvvəllər Salyan RPŞ-nin, Binəqədi RPİ-nin və Xətai RPİ-nin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, M.Təhməzov 2019-cu ildə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi.